Ləki-Qəbələ dəmiryolu hissəsində SMB sistemlərinin quraşdırılması

“Rail Trans Servis”, Ləki-Qəbələ dəmir yolu hissəsinin yenidən qurulması və inkişafı layihəsinin həyata keçirilməsində iştirak edir.

Müqaviləyə əsasən, Ləki stansiyasından Qəbələ stansiyasına qədər birxətli yolun siqnalizasiya sisteminin quraşdırılması, eləcə də aidiyyəti avadanlıq təchizatı xidmətləri üzərində iş aparılır.

Görülən işlərin məzmunu “Azərbaycan Dəmir Yolları” QSC-nin mövcud normativ hüquqi sənədləri ilə müəyyənləşdirilir və bura siqnal sistemlərinin quraşdırılması, sınaqdan keçirilməsi və istismara verilməsi daxildir.

Müqaviləyə əsasən, layihə çərçivəsində xidmətlərin icra tarixi 15 may 2020-ci il ucun nəzərdə tutulub.

Siqnalizasiya, mərkəzləşdirmə və bloklama cihazları (SMB) – təhlükəsizliyi təmin etmək və qatarların hərəkətini tənzimləmək üçün istifadə olunan texniki vasitələr dəstidir.