12

Feb

2019

Astara-Astara dəmir yolu xəttinin hansı üstünlükləri var?

By, RTS Bakı-Tbilisi-Qars Railway

Azərbaycanla İranın dəmir yolu xətlərini birləşdirən Astara-Astara layihəsinin gələn il istismara veriləcəyi gözlənilir. Bununla, Astara Gilan vilayətində həmin xətlə hərəkət edəcək qatarın fit səsinin eşidildiyi ilk şəhər olacaq.

İran və Azərbaycanın dəmir yolu xətlərinin birləşdirilməsi haqqında saziş İranın rabitə və informasiya naziri Mahmud Vaezi ilə Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev tərəfindən imzalanıb. İran-Azərbaycan hökumətlərarası birgə komissiyanın iranlı həmsədri Vaezi dəmir yolu xəttinin inşasının növbəti il tamamlanacağına ümidvar olduğunu bildirib.

Qeyd edək ki, hazırda 2 ölkə arasında illik ticarət dövriyyəsinin həcmi 500 milyon ABŞ dolları təşkil edir. İran-Azərbaycan dəmir yolu şəbəkəsinin birləşməsi ilə bu, 2 milyard dollaradək artacaq.

Müştərək iqtisadi komissiyanın ilcasında qərara alınıb ki, iki ölkənin dəmir yolu xəttlərini birləşdirən Astara köprüsünün inşası layihəsi birgə vəsait hesabına həyata keçirilsin. Tikinti işlərinin aparılmasını isə Azərbaycan tərəfi öz üzərinə götürüb.

Böyük əhəmiyyətə malik olan bu dəmir yolu xətti Qəzvin-Rəşt-Ənzəli-Astara marşrutu ilə Azərbaycanın dəmir yolu xəttinə qoşulacaq. Bununla da o, beynəlxalq əhəmiyyətli dəmir yoluna çevriləcək. Çünki İran dəmir yolu xəttinin sözügedən marşrut ilə Azərbaycana birləşməsilə, Hindistandan Avropanın Helsinki limanınadək olan 5200 kilometrlik dəmir yolu xətti yaranacaq. Bu, təbii ki, beynəlxalq dəmir yolu xətti sayılacaq. Bu birləşmə ilə yüklərin daşınma müddəti 45 gündən 20 günədək azalacaq, məsafə isə təxminən 3 min kilometr qısalacaq. Bu, dəmir yolu daşımalarında böyük hadisədir.

Nəqliyyat Nazirliyindən verilən məlumata görə, layihə Azərbaycan ərazisində İran sərhədinədək 8 kilometrlik dəmir yolunun inşasını nəzərdə tutur. İran ərazisində isə ölkənin Dəmir Yolu İdarəsi 2 kilometrlik dəmir yolu çəkməlidir.

Beləliklə, dəmir yollarının birləşdirilməsi və 5 milyon tonluq tutuma malik terminalın inşası növbəti il qeyd edəcəyimiz xoş hadisələrdəndir. Ümid edirik ki, liman və yol nəqliyyatı infrastrukturlarının sintezini yarada biləcəyik və bununla, Fars körfəzindən Azərbaycan və Rusiyaya malların daşınması sadələşəcək. Bu, əlverişli imkan sayılır.

Tərəflər arasındakı razılaşmaya əsasən, Astara, Rəşt-Qəzvin dəmir yolu xətti vasitəsilə İranın dəmir yolları şəbəkəsinə qoşulmazdan əvvəl Azərbaycanın dəmir yolu xətlərinə birləşdiriləcək. Bununla yanaşı, Rəşt-Qəzvin dəmir yolu layisənin icrası da sürətlə davam etdirilir. Onun növbəti 2 əl ərzində istismara verilməsi nəzərdə tutulub.

Azərbaycanın dəmir yolu xətləri Avropaya, Orta Asiyayadək uzanır. Odur ki, Qəzvin-Rəşt-Ənzəli-Astara dəmir yolu xəttinin Azərbaycan dəmir yollarına birləşdirilməsi İranda dəmir yolu sahəsində ticarətin inkişafı baxımından olduqca əhəmiyyətlidir. “Şimal-Cənub” dəmir yolu dəhlizinin yaranmasından sonra yükdaşıma xərcləri xeyli azalacaq və bu, hər iki ölkənin maraqlarına cavab verir. İran da öz növbəsində, bu layihənin mümkün qədər tez reallaşmasına çalışır.

Layihənin yalnız birinci mərhələsinin başa çatması İranla Azərbaycan arasında yük daşımalarının 10 dəfəyədək artımını təmin edəcək. Bundan başqa, iki ölkənin dəmir yollarının birləşdirilməsilə mal mübadiləsinin həcmi ildə 5 milyon tonadək artacaq.

Astara dəmir yolu köprüsünün əhəmiyyəti

Bu körpünün inşası ilə tranzit yüklərin əhəmiyyətli hissəsi dəmir yolu vasitəsilə daşınmağa başlayacaq. Bununla da, İranın yük maşınlarının Azərbaycan ərazisinə daxil olması üçün ödənilən dövlət rüsumu aradan qalxacaq.

Körpü İranla Azərbaycan arasında Astara-Astara dəmir yolları şəbəkəsinin birləşdirilməsi məqsədilə tikilir.

Hazırda 1 yük maşını İrandan Azərbaycana daxil olmaq üçün 300 ABŞ dolları dəyərində dövlət rüsumu ödədiməlidir. Dəmir yolu xətlərinin birləşməsilə, İranın yük maşınlarının Azərbaycana keçməsinə ehtiyac qalmayacaq. Demək, bu rüsumun ödənilməsinə də ehtiyac yaranmayacaq. Məhz bu qənaət köprünün üstünlüklərindən biridir.

Bundan başqa, gələn il Rəşt şəhərinin də dəmir yoluna birləşəcəyini nəzərə alsaq, dəmir yolu ilə daha çox tranzit daşımalarının həyata keçiriləcəyinə ümid etmək olar. Yəni, yüklər əvvəlcə Rəştə daxil olacaq, buradan yük maşınları ilə təxminən 150 kilometrlik Rəşt-Astara marşrutu üzrə daşınaraq, yenidən dəmir yoluna ötürüləcək. Oradan isə həmin yüklər Rusiyaya, hətta Gürcüstana aparılacaq. Bu, tranzit daşımalarında dəmir yolunun payını və əhəmiyyətini xeyli artıra bilər.

Bu körpünün inşası İran dəmir yolu xəttinin Azərbaycana qoşulması işində bir başlanğıcdır. Yaxın gələcəkdə dəmir yolu xəttinin Astaraya çatması ilə layihənin istismarına başlanılacaq.

 

Mənbə: IRNA

Tərcümə: worldmedia.az