Horadiz-Ağbənd dəmir yolu xəttinin layihələndirilməsi
2021-ci ilin May ayında “Rail Trans Service” MMC ümumi uzunluğu 111 kilometr olan “Horadiz-Ağbənd birxətli dəmir yolu xəttinin layihələndirilməsi və tikintisi” obyektinin Rabitə və İşarəvermə sistemlərinin layihələndirilməsi üçün müqavilə bağlamışdır.
Bununla “Rail Trans Service” MMC işğaldan azad olunmuş Azərbaycan torpaqlarında infrastrukturun inkişaf etdirilməsində iştirak etdiyi üçün böyük qürur hissi duyur. Bu infrasturktur layihəsi Zəngəzur dəhlizinin tərkib hissəsi olaraq, işğaldan azad olunmuş torpaqların inkişafında mühüm rol oynayacaq və Azərbaycanın əsas hissəsi ilə Naxçıvan MR arasında birbaşa dəmir yolu əlaqəsinin yaradılmasına imkan verəcək.