Ləki-Qəbələ dəmiryolu hissəsində SMB sistemlərinin quraşdırılması
“Rail Trans Service”, Ləki-Qəbələ dəmir yolu hissəsinin yenidən qurulması və inkişafı layihəsinin həyata keçirilməsində iştirak edir.
Müqaviləyə əsasən, Ləki stansiyasından Qəbələ stansiyasına qədər birxətli yolun siqnalizasiya sisteminin quraşdırılması, eləcə də aidiyyəti avadanlıq təchizatı xidmətləri üzərində iş aparılır.
Görülən işlərin məzmunu “Azərbaycan Dəmir Yolları” QSC-nin mövcud normativ hüquqi sənədləri ilə müəyyənləşdirilir və bura siqnal sistemlərinin quraşdırılması, sınaqdan keçirilməsi və istismara verilməsi daxildir.
Siqnalizasiya, mərkəzləşdirmə və bloklama cihazları (SMB) – təhlükəsizliyi təmin etmək və qatarların hərəkətini tənzimləmək üçün istifadə olunan texniki vasitələr dəstidir.
Müqaviləyə əsasən, layihə çərçivəsində işlər təyin edilmiş qrafik üzrə 2020-ci ilin Dekabr ayında tam təhvil verilib.