“Maneə qurğularının quraşdırılması (MQQ)
“Rail Trans Servis” şirkəti həmçinin Azərbaycan dəmiryolları stansiyaları keçidlərində maneə qurğularının quraşdırılması (MQQ) üzrə layihəsində fəaliyyət göstərir.
“Rail Trans Servis” şirkəti ilə “Azərbaycan Dəmiryolları” QSC arasında imzalanan müqaviləyə əsasən müvafiq işlər Biləcəri stansiyası ərazisində görülür.
MQQ avtomatik həyəcan siqnalı sistemi ilə təchiz olunmuş, mühafizə olunan dəmiryolları keçidlərinə nəqliyyat vasitələrinin icazəsiz girişinin qarşısının alınması üçün tətbiq olunur.