Beynəlxalq “Şimal-Cənub” Nəqliyyat dəhlizi
“Rail Trans Service” şirkəti Astara (Azərbaycan) rayonunun İranla sərhədyanı hissəsində “Şimal-Cənub” beynəlxalq Nəqliyyat dəhlizi layihəsinin həyata keçirilməsində iştirak edib.
2017-ci ildə şirkət Astara və Sərhədyanı stansiyalarında siqnalizasiya mikroprosessor sisteminin bazasında layihələndirmə, çatdırılma və quraşdırılma, o cümlədən rabitə və s. komponentlərin təchizat və quraşdırılma işlərini həyata keçirib.
“Şimal-Cənub” nəqliyyat dəhlizinin əsasları Rusiya, İran və Hindistan arasında imzalanmış hökumətlərarası sazişə uyğun olaraq 12 sentyabr 2000-ci ildə qoyulub. Azərbaycan bu sazişə 2005-ci ildə qoşulub. Ümumilikdə, bu saziş 13 ölkə (Azərbaycan, Belarus, Bolqarıstan, Ermənistan, Hindistan, İran, Qazaxıstan, Qırğızıstan, Əmman, Rusiya, Tacikistan, Türkiyə, Ukrayna) tərəfindən ratifikasiya edilib.
Dəhlizin yaradılmasında məqsəd malların Hindistandan Rusiyaya, eləcə də Şimali və Qərbi Avropa ölkələrinə çatdırılması müddətinin qısaldılmasıdır (mövcud marşrutun çatdırılma müddəti indiki halda 6 həftədən çox olduğu halda, “Şimal-Cənub” vasitəsilə 3 həftəyə həyata keçiriləcəyi gözlənilir). Layihənin reallaşması Şimali və Qərbi Avropa istiqamətində – Rusiya Federasiyasında və daha sonra isə üç istiqamət – Qafqaz – Fars körfəzi, Orta Asiya – Fars körfəzi, Xəzər dənizi – İran İslam Respublikası və Fars körfəzi üzrə planlaşdırılır.