“Rail Trans Service” dəmir yollarının tikintisi sahəsində fəaliyyət göstərən şirkətdir.
Şirkətin əsas fəaliyyət istiqaməti istənilən mürəkkəblikdə dəmiryol infrastruktur obyektlərinin layihələşdirilməsi, rekonstruksiyası və tikintisidir.
“Rail Trans Service” yüksək peşəkar rəhbər, layihələndirici, mühəndis və dəmiryol inşası sahəsində unikal təcrübəyə sahib mürəkkəb inşaat ixtisaslı mütəxəssislər komandasıdır.
Dünya standartlarına uyğun olduğu üçün şirkət “Keyfiyyət, tələb menecmentliyi sistemi” üzrə ISO 9001:2008 keyfiyyət sertifikatına, həmçinin inşşat və layihələşdirmə lisenziyalarına layiq görülüb.
“Rail Trans Service” Bakı-Tbilisi-Qars beynəlxalq dəmiryol dəhlizi çərçivəsində Böyük-Kəsik-Bakı layihəsinin modernləşdirilməsi, yenidən qurulması və inkişafında iştirak edir.
Şirkət həmçinin “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi çərçivəsində İranla sərhəddə Azərbaycanın Astara rayonu ərazisində müxtəlif layihələr və ölkənin dəmiryol infrastrukturunun kompleks inkişafı ilə bağlı digər layihələr həyata keçirib.

LOGO

Peşakarlığımızı işimiz ilə sübüt edirik