Bakı – Böyük Kəsik
“Rail Trans Service” şirkəti Bakı-Tbilisi-Qars beynəlxalq dəmir yolu dəhlizi layihəsi çərçivəsində Bakı-Böyük Kəsik hissəsinin modernləşdirilməsi, yenidən qurulması və inkişafında iştirak edir.
Müqaviləyə əsasən , 25 kV və 50 Hz enerji sisteminə uyğun rabitə və digər komponentlər daxil olmaqla,siqnalizasiya sisteminin layihələndirilməsi, təchizatı və quraşdırılması işi aparılır.
2018-ci ildə istismara verilmiş Bakı-Tiflis-Qars marşrutu özündə Qədim İpək Yolunu ifadə edir. Bakı-Tbilisi-Qars dəhlizinin 846 kilometrindən 504 km-i Azərbaycanın, 263 km Gürcüstanın, 79 km-i Türkiyənin payına düşür. Bakı-Tbilisi-Qars dəmir yolu magistralı ən qısa yol kimi Orta Asiya ölkələrinin, eləcə də Çinin Avropa və dünya bazarlarına çıxışını asanlaşdırır.
2017-ci ilin May ayında istismara verilib:
- Soyuq Bulaq st.
- Salahlı st.
2019-cu ilin Yanvar ayında istismara verilib:
- Poylu st.
- Ağstafa st.
2019-cu ilin İyun ayında istismara verilib:
- Böyük-Kəsik st.
- Tatlı st.
- Tovuz st.
- Qövlar st.
2019-cu ilin Sentyabr ayında istismara verilib:
- Dəllər st.
2019-cu ilin Oktyabr ayında istismara verilib:
- Zəyəm st.
2019-cu ilin Noyabr ayında istismara verilib:
- Şəmkir st.
- Alabaşlı st.
2019-cu ilin Dekabr ayında istismara verilib:
- Gəncə st.
2020-ci ilin Oktyabr ayında istismara verilib:
- Ləki st.
- Ucar st.
2020-ci ilin Dekabr ayında istismara verilib:
- Yevlax st.
2021-ci ilin Fevral ayında istismara verilib:
- Mingəçevir st.
2021-ci ilin Aprel ayında istismara verilib:
- Goran st.
- Kürəkçay st.
“Rail Trans Service” MMC Azərbaycan Dəmir Yollarının elektrik təchizatında dəyişən cərəyana keçid etməsində mühüm addımlar atmaqdadır. Belə ki, “Rail Trans Service” MMC-nin iştirakı ilə 2020-ci ilin İyul ayında “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) tarixində ilk dəfə olaraq dəyişən cərəyan sisteminə keçidin sınağı baş tutub. Dəyişən cərəyanla işləyən yeni elektrovozun ilk test yürüşü Alabaşlı stansiyasında keçirilib və uğurlu alınıb. Dəyişən cərəyan dartısına keçid enerji və digər resurslara qənaətə, xərclərin optimallaşdırılmasına, istismarın asanlaşmasına, qatarların hərəkət sürətinin artırılmasına və nəticə etibarilə yük və sərnişin daşınmasının yaxşılaşmasına gətirib çıxaracaq. Dəyişən cərəyana keçid elektriklə işləyən lokomotivlərin dartı gücünü yaxşılaşdırmaqla dəmir yolları ilə daşınan yük həcminin və sərnişin sayının artırılmasına müsbət təsir edəcək.
Cari layihə çərçivəsində daha öncə Bakı-Böyük Kəsik dəhlizinin tərkib hissəsi olan stansiyalarını daimi cərəyanda istismara verən “Rail Trans Service” MMC 2020-ci ilin İyul ayı ərzində Alabaşlı, Şəmkir, Dəllər, Zəyəm stansiyaları və onlar arasındakı mənzilləri dəyişkən cərəyanda istismara vermişdir.